YouTube’dən pul qazanmaq yalandır yoxsa gerçək ?

melekk

New member
İstifadəçi
#1
Salam dostlar. Bu mövzumuzda sizə YouTube haqqında məlumat verib, ondan pul qazanmağın mümkün olub olmamasın araşdıracağıq. Ümüd edirəm xoşunuza gələcək.

YouTube nədir ?

YouTube dünyanın ən populyar video paylaşım saytıdır. 2005 ci ildə 3 PayPal işçiləri tərəfindən qurulub, 2006 cı ildə Google şirkəti tərəfindən alınıb. Əslində bu sayt sadəcə dostlar arasında video paylaşım saytı kimi fəaliyyətə başlayıb. İlk Videosu isə San-Fransiskoda bir əyləncə tədbirində çəkilmiş video olub. İnsanların diqqətin çəkən sayt qısa vaxt ərzində milyonlarla izləyiciyə çatıb. Google şirkəti saytın gələcəyin görüb və onu 1.65 milyard dollara alıb. İndi bu sayt milyonlarla dollar gəlir gətirir bir aya.

YouTube necə gəlir əldə etməyə başladı ?

YouTube videoların milyonlarla izləyiciyə çatdığın görüb bunu dəyərləndirdi. Videoların kənarlarına müxtəlif formada reklamlar yerləşdirməyə başladı. Beləliklə dünyanın nəhəng şirkətləri tərəfindən kəşf edildi. Məhsulun satmaq vəya tanıtmaq istəyən hər kəs Google yə müraciət etdi. Çünkü o artıq bir Google şirkətlərinin bir parçası idi. Milyonlarla izləyicisi olan saytda, video yaradan şəxslərə ehtiyac duyulurdu. YouTube öz reklam gəliridinən video yaradıcıları ilə bölüşməyə başladı. Hal hazırda YouTube ilə çalışan video yaradıcılar 100 faizlik reklam gəlirlərinin 68 faizin özləri alır, qalanı isə Youtube şirkətinə qalır.

YouTube video yaradıcılarının işləri nədir?

Onların işi günlük vəya ən azı həftəlik maraqlı videolar hazırlayaraq kanallarına yükləməkdir. Nə qədər çox izlənmə sayı artarsa onların gəliri bir o qədər artır. Nə qədər çox çalışarsansa o qədər çoz izlənmən artır. Yəni sənin kanalın aktifliyi əsasən maraqlı video hazırlamaqdan, və aktiv olmaqdan keçir. Bu mövzularda xarici dil bilənlər daha avantajlıdır. Beləki digər ölkələrdə reklam gəliri yüksək olduğu üçün ola bilər ki, bir ingiliscə, rusça vəya türkçə kanal sənin Azərbaycan dilində olan kanalından daha çox gəlir əldə etsin. Yəni burda əhəmiyyətli olan reklam verənlərin çox olması və o reklamlardan əldə edilən gəlirin bizim ölkədən yüksək olmasıdır.

YouTube’dən pul qazanmaq üçün nə etmək lazımdır ?


İlk əvvəl gmail.com a daxil olub bir email adresi açmaq vacibdir. Bu Gmail elektron poçt xidməti olub Google şirkətlərinin bir parçasıdır. Gmail hesabı vasitəsi ilə siz andoid telefonlarda olan Play Marketlərə daxil ola bilər, email xidmətinindən istifadə edib bir birinizlə mesajaşa bilərsiniz. Həmçinin də YouTube yə daxil olmaq üçün gmail hesabı tələb olunur. Gmaildə qeydiyyat olandan sonra youtube.com üzərindən saytda daxil olub sağda yuxarıdan hesabınıza daxil olursunuz. Sizin ad soyadınıza uygun bir youtube hesabı avtomatik açılır. İstəsəniz öz ad soyadınızla istəsəniz brend hesabı kimi başqa bir kanal yarada bilərsiniz. Geriyə qalan kanal şəkilləri hazırlayıb yükləmək və günlük video yaratmaq.

YouTube’də icazə verilən kanal kategoriyaları.

1.Vlog – Video günlüyü. Həyatınızdan bəhs edən videolar.

2.Müsiqi kanalı – Öz yazdığınız vəya səsləndirdiyiniz musiqilər vəya ifanız.

3.Yemək kanalları – Yaxşı bir aşbazsınızsa ya şirniyat bişirirsinizsə bu sizə görədir.

4.Oyun kanalı – Gücülü bir komputeri olub, oyun oynamağı sevənlər üçün.

5.Səyahət Turzim kanalı – Gəzənlər üçün və görənlər üçün.

6.Necə hazırlanır tipli. Bir professional bacarığınız var. Siz bunu birinə öyrədə bilərsiz.

7.Gülməli kanal- Aktyorluq bacarığı olanlar, güldürməyi bacaranlar üçün.

8. Dəli filosof – Həyat haqqında fikirlərinizi paylaşmaq.

9.Animasiya uşaq kanalı - Animator bacarığı olanlar üçün. 2d 3.d programları bilməli. 10.Animal kanalı – Heyvan saxlayırsınızsa heyvanlarınızdan bəhs edə bilərsiniz.


YouTube, nəyə icazə vermir ?


Çılpaqlıq vəya pornoqrafik. Şiddət içərən. Təhqir vəya söyüş olan videolar qadağandır.


YouTube, etibarlı iş yeridir?


Bunu mənə 2017 ci ildə sual versəydiniz sizə *əlbəttə* deyə cavab verərdim. Ancaq 2018 də belə olmadığının şahidi olduq. Belə ki 50.000 dən çox kanalın pul qazanması bağlandı. Bəziləri təkrar açılsa da çoxu hələ pul qazanmır. Səbəb isə saxtakar insanların qanunlara tabe olmayıb elədikləri saxtakarlıqar ucbatındandır. Məhs buna görə qurunun oduna yaş da yandı. Bəlkə bu kanalların normal vəziyyətdə olanları müəyyən müddət sonra yoxlamadan keçəndən sonra aktifləşdiriləcək ancaq bu gün gözünü ordan qazandığı pula dikənlər çətin vəziyyətə düşdü. Youtube ilə məncə əlavə iş kimi məşğul olamq olar.


YouTube nin varlı etdiyi insanlar.


Son olaraq sizə motivasya olsun deyə minlərlə Youtube milyonerlərindən ən varlı 10 dənəsin təqdim edirəm. Bu mövzunu hazırlamaqda məqsədim ölkəmizin də bu gəlir mənbəyindən istifadə etməsi azda-çox da olsa bundan yararlanmasıdır. Nə qədər mənim kimi kasıb insanlar var. Bəlkə yazdıqlarımın bir xeyri olar onlara. Onlarda gəlirlərin artıra.



10 ) TobyGames/TobyTurner/Tobuscus

Tobi Turner dünya miqyasında tanınan bir komediyaçıdır. Bir illik gəliri 2,180,000 $.


9 ) BFvsGF/PrankvsPrank

Youtube nin tanıdğı ən populyar cütlükdür. Bir birinə etdikləri ağır zarafatlar ilə məşhurdurlar. İllik gəlir. 2,260,000 $.


8 ) TheWillyRex/WillyRex

Yayınladığı oyun videoları və elədiyi gülməli zaraftatlar ilə məşhurdur. Gəliri 2,310,000 $.


7 ) TheFineBros

Məşhur fikirləri ilə məşhdurdur. İnsanlara düşüncələrin deyib fikirlərin öyrənir. İllik gəlir 2,410,000 $.


6 ) Vegetta777

Oyun videoları ilə yanaşı öz senaryoların yaradıb canlandırır. Amerika və İspanyada məşhudur. Gəliri 2.590.000 dollar.


5 ) SkyDoesMinecraft

Adam Dalhberg, YouTube'da çox maraqlı bir Minecraft oyunçusudur. İllik gəlir təxminən 2,920,000 ABŞ dollarıdır.


4 ) Smosh

Ian Hecox və Anthony Padilla kanal komediya, oyun, pop mədəniyyət tənqidi və s. Mövzularında və xüsusi bir komediya proqramında çox videosu var. İllik gəlirlər təxminən 4,500,000 $. təşkil edir.


3 ) DisneyCollectorBR

Adı heç kimə məlum olmayan bu xanımın Brazilyalı olduğu bilinir. Disneyə aid oyuncaq videoları çəkir. İllik gəlir təxminən 5,060,000 ABŞ dollarıdır.


2 ) BluCollection

Bu qardaş oyuncaq vdieoları çəkməklə bərabər onların keyfiyyətli olub olmamasın yoxlayır. İllik gəlir təxminən 6,380,000 ABŞ dollarıdır.


1 ) PewDiePie

Dünyanın ən məşhur və ən milyoner Youtuberi Felix Arvid Ulf Kjellberg. PewDiePie olaraq tanınır. Həyatı və oynadığı oyunlar hamısı lağlağı və gülmək üzərinə qurular bu adamın illik gəliri 8.470.000 dollardır. 50 milyon abonəsi var. Və youtube tərəfindən verilən 50 milyon aboneyə özəı bahalı Youtube düyməsi bir tək ondadır. O düymə ən bahalı yaqutdan hazırlanıb. Təxmini yarım kilo ağırlığı var.



Beləliklə yazının sonuna çatdıq.

Ümüd edirəm yazdığım geniş məlumatlar xoşunuza gələcək. Bu mövzu YerliForum.com saytı üzün hazırlanıb. Digər maraqlı mövzulardan xəbərdar olmaqdan ötrü saytımıza qeydiyyat olmağı unutmayın. Siz eyni zamanda bildiyiniz mövzular üzrə paylaşımlar edib YerliForum saytından gəlir əldə edə bilərsiniz. Həmçinin bölümlərdə suallar ünvanalayıb cavab əldə edə bilərsiniz. Mövzumuzu paylaşmaq istəsiniz saytımızın linkin mütləq orda yerləşdirin. Əlavə suallarınızı yaza bilər eləcə aşağıdakı paylaş düymələrinə vuruaraq profilinzdə vəya qrupunuzda paylaşa bilərsiniz. Oxuduğunuz üçün təşəkkürlər. YouTube video yaradısı olmaq istəyənlərə uğurlar!

Qeyd: Dostlar, şəhidlərimizdən və qəhrəmanlarımızdan bəhs edən, illərdir tamamilə təmənnasız xidmət göstərən Azərbaycan adlı kanalımıza abunə olmağı unutmayın.
 
Top