Yerli Forum saytı haqqında. Forumda ilk mövzu.

Admin

Administrator
Admin
Moderator
İstifadəçi
#1
İlk olaraq https://www.yerliforum.com saytı haqqında məlumat vermək istəyirəm.

Bu forumu bir neçə il əvvəl yaratdım. Məqsədim Azərbaycan vətəndaşların sayta cəlb edib, onların bir-birlərinə dəstək olmaların təmin etmək idi. Əslində bənzər xarici saytları görəndə, niyə bu bizim ölkədə olmasın deyə düşündüm? Orda gördüyüm yaxşı saytların insanın inkişafında böyük rolu olması idi. İnsanlar bir bir-birlərinə hər yöndən dəstək olurdu. Mən də vətəndaşlarımızın iqtisadi inkişafına kömək etmək, onları elm və təhsilə yönəltmək istəyirəm. Məhz buna görə bu forumu qurdum. Ancaq təəssüf ki hər şey planladığım kimi getmədi. İki il əvvəl yaratdığım bu forum vaxt məhdudiyyətinə görə baxımsız qaldı. Mənə forumda kömək edəcəklərin deyən şəxslər, məni yarı yolda buraxdı. Beləliklə tək başıma bir müddət çalışdım. Ama sonra işlərimlə əlaqəli foruma vaxt ayıra bilmədim. Ama həmişə bir ümüdlə arzularımı reallaşdıracağımı öz qarşımda məqsəd qoyduğumu unutmurdum. Bir il sonra, yani bir neçə gün əvvəl mən hər şeyi ikinci dəfə sıfırdan başladım. Beləliklə forumu qurdum, ancaq bu səfər də texniki problemlər baş verdi. Son 1 həftədir saytın texniki poblemləri üzərində çalşırdım. Nəhayət ki, dünən son nasazlıqları aradan qaldırdım. Forumda elədiklərimi qeyd etmək üçün bir günlük tutmağa qərar verdim. Belə olan halda bu mənə bir motivasiya verəcək, həmçinin görəcəyim işləri planlamağa şərait yaradacaqdır. Beləliklə birinci mövzumu burda yekunlaşdırıram.
 
Last edited by a moderator:
Top