Proqramist nədir? Necə Proqramist (Developer) olmaq olar?

melekk

New member
İstifadəçi
#1
Developer, (Azərbaycan dilində adı: Proqramçı) kompüter və digər rəqəmsal cihazlar üçün tətbiq (apk) və s. proqramlar hazırlayan, onların daim aktiv qalmasın təmin edən şəxsdir. Proqramistlər müxtəlif sahələrdə ixtisaslaşıb işlərin yerinə yetirə bilər. Bu sahələrə, Software Developer (Proqram tərtibçisi), Game Developer (Oyun tərtibçisi) Web Developer (Veb Proqram yaradısı), Mobile Developer (Mobil tətbiq yaradısı), Front-end Developer və ya Back-End Developer aitdir. Proqramçı peşəsin seçmiş şəxsləri bəzən Proqramist, Developer, Komputer mühəndisi, Coder də adlandırırlar. Ancaq ümumi olaraq hamısı eyni şəkildə Developer (proqramist) peşəsinə daxildir.

developer.jpg

Developer bu gün bu məqaləni oxumaq üçün şərait yaradan onlarla, hətta yüzlərlə proqramın yaradılmasında və inkişaf etdirilməsində əsas iştirakçılardır. Ümumiyyətlə, developerlər əvvəlcə müxtəlif proqramlaşdırma dillərin öyrənir, sonra öyrəndikləri proqramlaşdırma dilləri üzrə proqram inkişaf etdirirlər. Yaradılan proqram bəzən tək Developerin məhsulu ola bilər, bəzən isə yüzlərlə developerin ortaq çalışması. Məsələn, bu gün istifadə etdiyimiz əməliyyat sistemləri çox detallı strukturlara malik olduğundan, yüzlərlə, hətta bəlkə də minlərlə proqramist tərəfindən hazırlamışdır. Məsələn: Linux, Windows və s. Bəzən tək başına bir proqramı başdan sonra bitirmək üçün bir proqramlama dilləri ilə çalışmağı kifayət etmir. Çünkü bu sahədə, bəzən əlavə olaraq dizayn biliklərinə də ehtiyac duyulur. Bu baxımdan, proqramistlərin öz proqramlarını inkişaf etdirməsi üçün nə qədər əziyyət çəkdiyin təsvir edə bilərik.​

Bəs görək, Necə Proqramçı olmaq olar?
Bir Developer (proqramist olmaq), öz proqramınızı inkişaf etdirmək və eyni zamanda insanların həyatını asanlaşdırmaq istəyirsiniz? Və yaxud yaxşı pul qazanmaq istəyirsiniz? :cool: Elə isə aşağıdakı bölümləri diqqətlə oxuyun:​

1. Proqramist olmaq üçün uzun vaxt və səbirlə çalışmaq tələb olduğun unutmayın. Yaxşı proqramistlər bu sahələrə illərin həsr edir.
2. Yuxarıda adların sadaladığım, Developer kategoriyasına daxil olan bölümlərdən sizə aid olan sahəni dəqiq seçin. Daha sonra həmin sahəyə aid olan, ən çox tələb olunan programları öyrənin. Çünkü bir proqramistin bütün programlama dillərin bilməsi, demək olar ki mümkün deyil.
3. Sahəni seçdikdən sonra tövsüyyə olunur ki, həmin programların öyrənməyə ən sadəsindən və rahatından başlayasınız. Beləliklə ilk başyan biri olaraq, bu işdən tez soyumazsınız.
4. Proqram dillərini öyrənərkən ilk baxışdan çox çətin görünən sabit səhvlər və ya çətinliklərlə üzləşəcəyinizdə qorxmayın. Hər kəs ilk növbədə sizin kimi hiss edir. Çox araşdırma edin və problemlərinizi həll etmək üçün addımlar atın.
5. Proqramlaşdırma sahəsinə aid olan saytları, forumları, Facebook və s. sosial platformalarda olan qrupları və səhifələri daim izləyin. Çətinliklə üzləşdikdə professional proqramistlərdən mövzu üzrə məlumat alın. Ancaq sadə suallarla onları narahat etməyin. Əksər sualların cavabı Google də var.
6. Proqramlaşdırma işlərini rahatlaşladırmak üçün köməkçi vasitələrdən istifadə edə bilərsiniz. Beləlikla vaxtınızdan qənət etmiş olarsınız.
7. Aidiyyəti sahə üzrə önə çıxan proqramların hazırlanma metodların araşdırın. Daim bir yerdə sabit qalmayın. Araşdırın, öyrənin, əzimlə çalışın, özünüzə inanın.

Qeyd: Mövzunu oxuduğunuz üçün təşəkkür edirik. Nəzərinizə çatdırım ki, saytımız Digital Dünyanın İmkanlarından Bütün Azərbaycan Vətəndaşları Yararlansın! sloqanı adı altında Azərbaycan Respublikası Vətəndaşlarının özlərini inkişaf etdirmələri və eyni zamanda bir-birlərinə bu yöndə dəstək olmaları üçün hazırlanıb. Saytın istifadəyə yeni verilməsinə baxmayaraq qısa vaxtda, saytdakı mövzular yüzlərlə izləyici tərəfindən oxunulub. Siz də bizim saytda qeydiyyatdan keçərək vətəndaşlarımızın inkişafına dəstək olmaq üçün bildiyiniz sahələr üzrə mövzular paylaşa, eyni zamanda bilmədiyiniz mövzular üzrə məlumatlar öyrənə bilərsiniz! Təşəkkürlər! Hörmətlə: Yerli Forum
 
Last edited by a moderator:
Top