Heç bir hazırlığa və ya kursa getmədən IELTS imtahanından yaxşı nəticə əldə etmək mümkündür ?

gulsen2000

New member
İstifadəçi
#1
Keçən il təxminən bu vaxtlar həm özümü sınamaq, həm də ətrafımdakılara heç bir hazırlığa getmədən də IELTS-dən yaxşı nəticə almağın mümkünlüyünü sübut etmək üçün başladım imtahana evdə hazırlaşmağa. Təqribən 3 ay sonra imtahana girdim və overall 7 bal yığdım.

Hazırlıq boyu mənə online axtarıb tapdığım vəsaitlər və baxdığım videolardan başqa heçkim yol göstərməyib, hərşeyi özüm araşdırıb tapmışam. Hazırda notebookumda 30-40 GB həcmində IELTS qovluğu var demək olarki IELTS-lə bağlı o kitab yoxdurki onun elektron versiyası o qovluqda olmasın. Onların hamısına bir-bir baxmışam yararsız deməyək də daha az fayda verəcək vəsaitlər çox, sırf imtahana düşəcək suallar üçün hazırlayacaq kitabların və vəsaitlərin sayı azdı onların içində. Və o vəsaitlərin hamısını işləyib, oxuyub bitirməyə nə vaxt çatmaz nə də ki nə qədər fərqli fərqli yanaşmalar oxusa, eşitsə və ya görsə tələbə beyni o qədər çox qarışar və hansına odaklanacağını bilməz. Sizinlə paylaşdığım vəsaitlərin həcmi 10 GB təşkil edər toplamda və dediyim o 40 GB-lıq vəsaitlərin içində ən düzgün və ən qısa zamanda yaxşı nəticəyə aparacaq kitablar, video dərsliklər və yöntəmlərdir hamısı.

İndi isə hazırlıq boyu təcrübələrimi, hazırlıq planımı, hazırlaşdığım vəsaitləri sizlərlə bölüşmək və özü hazırlaşmaq istəyib köməyə ehtiyacı olanlara kömək etmək istəyirəm heç bir təmənnasız və ödənişsiz.
İlk əvvəl onu bilin ki yaxşı ingilis dili bilmək IELTS-dən yaxşı nəticə göstərəcəm anlamına gəlmədiyi kimi, IELTS-dən yaxşı nəticə də ingilis dili biliyinin müəkəmməl səviyyədə olması anlamına gəlmir. Bu imtahan yalnız sizin dil biliyinizi yoxlamayacaq, vaxtı idarə etmə bacarığınız, çevik düşünüb qərar vermə bacarığınız, eyni zamanda sualları məntiqi təhlil edə bilmə bacarığınız kimi faktorları da yoxlayacq.Dili yaxşı bilmədən yükəsk IELTS nəticəsi olanlar olduğu kimi, dili çox yaxşı bilib IELTS nəticəsi çox aşağı olanlar da var sırf bayaq sadaladığım faktorlara görə.

Əgər intermediate səviyyədə dil biliyiniz, gündəlik ayıra biləcəyiniz minimum 2-3 saatınız və möhkəm iradəniz varsa inanın ki bacaracaqsınız. Hərşeydən əvvəl özünüzə inanın, bu hazırlıq boyu özgüvən sizin ən böyük yardımçınız olacaq. Qətiyyən kənardan deyilənlərə fikir verməyin "kursa getmədən mümkün deyil", "yalandan özünü yorma", "nə qədər hazırlaşsan da müəllim yanına getmədən 6-dan yuxarı yığa mümkün deyil" və digər bu kimi ifadələri tez-tez eşidəcəksiniz ətrafdan, heç birinə fikir vermədən öz yolunuza davam edin. Hazırlığa başlamazdan əvvəl özünüzə hədəf seçin və "mən bu sertifikatı alandan sonra harda və necə istifadə edəcəm ?" sualını verin özünüzə. Deyək ki sizin hədəfiniz önümüzdəki akademik il üçün Visby Proqramına (İsveçin təqaüd proqramı) müraciət etməkdi və müraciət edəcəyiniz prioritet universitet Lund Universitetidir. Həmin universitetin saytına daxil olursuz və görürsünüz ki minimal IELTS tələbi overall 6.5-dir. Bu bal sizin də hazırlıq boyu qarşınıza qoyacağınız minimal bal hədəfi olur.

Keçək hazırlıq proseduruna. Başda onu deyim ki böyük ehtimal başlayan gündən hazırlığın ilk 10 gününə qədər elə düşüncə yaranacaq ki alınmır və alınmayacaq sizdə, bir çox şey çətin və imkansız kimi görünəcək gözünüzə, istər Listening istər də Readingdə nəticələriniz gözlədiyinizdən çox aşağı olacaq və bu sizdə ruh düşkünlüyü yarada bilər amma qətiyyən pəsə düşməyin davam edin və növbəti 10 günün tamamında artıq mütləq ki irəliləyişi görəcəksiniz ki bu da motivasiyanızı artıracaq.
Gələk əsas məsələ olan hazırlıq planı və ayrı ayrı sectionlar üçün necə hazırlaşdığım və hansı vəsaitlərdən istifadə etdiyimə.

Hazırlıq Planı: Özünüzə plan qurmağınız ən vacib şərtlərdən biridir, bu plan gün ərzində ümumən neçə saatınızı IELTS üçün ayrıcağınız və ayrı ayrılıqda hər section üçün neçə saat ayıracağınız şəklində olsun. Gün ərzində nə qədər çox vaxt ayırsanız hər dəfəsində daha yaxşı nəticə və irəliləyişi o qədər tez görəcəksiniz. Ayıracağınız vaxt gün ərzində minimal 2-3 maksimal 5-6 saat olsun. İngilis dilini həyatınızın bir parçasına çevirin, bu o demək deyil ki bütün gün dayanmadan test işləyin, söz əzbərləyin və ya kitab oxuyun. Normal həyatınıza davam edin amma bunu ingilis dilində edin. Necə ? Deyək ki siz gün ərzində seriala baxmadan dura bilmirsiz, yenə baxın, amma bu dəfə "Kiralık Aşk"-a yox hər hansı bir Amerikan serialına baxın, sizə məsləhətim "Lost" serialına baxmağınız olacaq çünki serialda müxtəlif millətlərdən obrazlar olduğu üçün nisbətən başa düşməniz daha rahat olacaq və inanın ki o "Kiralık Aşk"-a ayırdığınız vaxtınızı "Lost"-a (və ya digəri) ayırsanız hər tərəfli sizə daha çox xeyir verəcək. Və ya siz gündəlik 1-2 saatınız sosial şəbəkələrdə keçirmədən edə bilmirsiz, yenə davam edin bunu etməyə amma fərqli şəkildə. Bugünə kimi "Bizim Mentalitet"-in "səviyyəli" paylaşımlarını izləyirdinizsə bugündən sonra "Tedx", "BBC", "National Geograpihc", "9GAG" və digər bu kimi səhifələri, youtube kanallarını izləyin. Rəfiqənizlə whatsapp'da patok yoldaşınızın qeybətini etmədən dayana bilmirsizsə buna da davam edin amma biraz fərqli formada, özünüzə yeni bir "rəfiqə" (speaking partner) tapın amma bu azərbaycanlı olmasın və onunla gün ərzində istər yazılı, istər səsli, istərsə də görüntülü şəkildə bacardığınız qədər çox danışın müxtəlif mövzularda, inanın ki bunun da sizə faydası birincidən çox olacaq hər mənada. Nəysə çox uzatmayım, bir sözlə hazırlıq planınızın əsasını "ingilis dilini həyatınızın bir parçasına çevirmək" prinsipiylə qurun.

Vəsaitlər: Mən hazırlaşdığım dövr boyu pul verib aldığım yeganə kitab "Barron's Essential Words For IELTS" kitabı olub digər bütün vəsaitləri pdf işlətmişəm və lazımi, vacib vərəqləri ayrı ayrılıqda çıxartdırmışam bu daha yaxşıdır məncə nəinki bütün kitab. Amma təbiiki qərar sizindir kitab olmadan edə bilmərəm deyirsinizsə sadalayacağım kitabları ala da bilərsiniz. Mən bütün vəsaitlərin pdf versiyasını yükləməniz üçün link verəcəm sizə.

1. Cambridge IELTS Practice Tests Series (1 – 13) - hazırlıq boyu sizin ən böyük practice vəsaitiniz bu kitablar olacaq.
2. IELTS Recent Actual Test With Answers (Vol 1-5) - bu kitablar da ən az Cambridge qədər vacib kitabdır hətta bəzi məqamlarda Cambridge-dən daha da vacibdir. Mənim imtahanımda 5 Listening sualı birə-bir eyni olmaq şərtiylə bu kitablardan birindən düşmüşdü.
3. Barron's Essential Words For IELTS - hazırlıq boyu testlərdə qarşınıza çıxma şansı böyük olan sözlərin müxtəlif mövzular üzrə seçilib yazılmış olduğu kitab, müxtəlif sectionlar üzrə kiçik nümunə testlərlə öyrədəcək sizə sözləri ki bu daha effektiv üsuldur nəinki birbaşa əzbərləmək.
4. IELTS BAND 9 VOCAB SECRETS - band 9 essay nümunələriylə birgə sizə yüksək nəticə almanıza kömək edəcək sözlər öyrədəcək. Bu həm sizin Writing skillərinizi artıracaq həm də söz bazanızı genişləndirəcək.

Bunlar ümumən practise və lüğət bazanızı artırmaq üçün lazım olan kitablardır amma təbiki bu 4 kitabla nəticəyə getmək olmaz hər section üçün ayrı ayrılıqda xüsusi kitablar var aşağıda hər sectionda istifadə edəcəyiniz kitabları qeyd edəcəm. Eyni zamanda kitablarla yanaşı video kurslar da paylaşacam sizinlə hər section üçün hansı ki sizə nəyə necə başlamaq lazımdı, hansı sectionda hansı tips işlətmək lazımdı, zamanın idarə edilməsi, nələri etmək olar nələri etmək olmaz və digər bu kimi vacib məqamları izah edəcək sizlərə. Qeyd edim bu video kursların əksəriyyəti dünyanın ən güclü IELTS instructorları tərəfindən hazırlanmış pullu video dərsliklərdir amma hazırlaşdığım zaman boyu apardığım uzun aramalardan sonra pulsuz tapmışam və pdf faylda yükləmə linklərini və ya online baxa biləcəyiniz linkləri paylaşmışam.

İndi isə keçək ayrı ayrılıqda sectionlara. "Hər sectionda neçə sual olur ?", "Nə qədər vaxt verilir ?", "Suallar necə olur ?", "Hansı taktikanı işlətsəm daha yaxşı olar ?" və digər bu kimi detallı sualların cavabını verməyəcəm çünki bütün bu sualların cavabını video dərsliklərə baxdıqca özünüz biləcəksiniz. Ümumən hansı sectionda hansı kitab lazımdı və gün ərzində nə qədər vaxt lazımdı kimi məlumatlar verəcəm daha çox.Başlamazdan əvvəl onu deyim ki hazırlığın ilk 1-1.5 ayını sırf Listening və Reading-ə ayırın o vaxta qədər ki hər ikisində 30+ nəticə göstərməyə başlamısız çünki hər ikisi digər iki sectionla müqayisədə daha asan artırıla bilən sectiondır. Nə vaxt ki gördüz testlərdə hər ikisindən 28-30+ nəticə göstərirsiz keçid alın Writing və Speaking'ə.

Listening: Bir çox tələbəyə görə ən asan və həqiqətən də elə olan, sırf practise'lə artırıb, rahatlıqla 7+ bal yığa biləcəyiniz section. Bu section haqqında sizə ümumi məlumatı, hər sual tipini necə cavablandırmaq lazımdır, suallara baxan zaman əsas nəyə diqqət etməli, vaxtı necə idarə etməli və digər sualların cavabını UDEMY Listening Course verəcək. 24 video və kiçik həcmli 3 pdf kitabdan ibarət bu dərsliyin lükləmə linki də var pdf faylda. İlk işiniz bu videolara baxmaq olacaq section və sual nümunələri haqqında məlumat almaq üçün.Paralel olaraq kursun içərisində "The 1200 most commonly repeated words in Listening" adlı pdf kitabdakı sözləri öyrənməyə başlayacaqsınız hər gün bacardığınız qədər çox. "IELTS Listening Spelling List" adlı kitab da var, ona dəyməyin hələki ordakı sözləri Cambridge kitabındakı Listeningləri edib bitirəndən sonra baxacaqsınız. Videolara baxıb bitirdikdən sonra (və ya baxa baxa parlel də edə bilərsiz) başlayırsız Cambridge 5 kitabından ilk Listening testini etməyə, nəyə görə 5 ? Çünki ilk kitablardakı testlər mənə görə biraz "out of date" testlərdi. 5-dən 13-ə qədər ardıcılıqla davam edin Cambridge kitablarındakı Listeningləri etməyə daha sonra keçin Recent Actual Tests kitabındakı Listeningləri etməyə sonda vaxtınız qalsa ki böyük ehtimal qalacaq qayıdıb baxarsız Cambridge-in ilk 4 kitabına. Dediyim kimi sırf practiselə artıracaqsız Listening balınızı hər gün ən azı 2 test edin və yuxarıda qeyd etdiyim kitablardakı testlərlə kifayətlənməyin Youtubeda yetəri hətta yetərindən artıq qədər Listening testləri var onlara baxın əlavə olaraq. Testlərdən kənar sizə Listeninginizin inkişafında kömək edəcək yöntəmlər deyim. Bayaq ki yuxarıda qeyd etdim ey Amerikan seriallarına,Tedx videolarına baxın deyə, ora musiqi dinləməyi də əlavə edin. Musiqi dinləmək həyatımın ayrılmaz bir parçasıdır deyirsinizsə Listening tam sizlikdir, amma "Üzeyir - Kəsəcəm Damarlarımı"-ya qulaq asmamaq şərtyiylə. İngilis dilində mahnılar dinləyin çoxlu deyək ki yolla gedirsiniz, və ya evdə yemək bişirirsiniz, və ya digər bir məşğuliyyət, qulaqcığı taxın qulağınıza qoy oxusun özüyçün bu sizin beyninizin sözləri alqılama qabiliyyətini inkişaf etdirəcək başa düşməyiniz şərt deyil qoy oxusun sadəcə və sözlər beyində alqılansın. Filmə baxanda da bunu nəzərə alın, filmin məzmununu başa düşməyiniz şərt deyil, filmə baxanda onu tərcümə edib başa düşməyə çalışmayın sadəcə baxın necə ki uşaq cizgi filimnə səslər və görüntü ahəngində baxır siz də filmə elə baxın, səhnə getsin, danışıqlar getsin siz sadəcə dinləyin və baxın. Bu istər istəməz sizin Listening bacarığınızı artıracaq. Və sonda bir application da məsləhtəm görüm Listeningi bitirək, BBC Learning English bu proqramı yükləyin telefonunuza, orda 6 dəqiqəlik IELTS mövzularına çox yaxın mövzularda dialoqlar olur onları dinləyin hər gün bir neçəsini bu da sizə kömək edəcək.

Reading: Bəzi tələbələrə görə çox çətin bəzilərinə görə isə çox asan olan bir section. Mənə ilk başlarda çox çətin gəlmişdi, zamanla artırdım hətta imtahandan 1 həftə əvvələ qədər nəticələrim 33-38 arası dəyişirdi amma imtahanda hüsran yaşadım. Tərslikdən tam imtahan günü qrip oldum və 38 dərcə qızdırmayla imatahana girdim bu da istər istəməz təsir etdi heç cür konsantre ola bilmədim mətnlərə və bir çox sualı atdım yekun nəticə 6 oldu ama inanın ki bu section da practise'lə rahat artırıla bilər. Reading-də tələbələrin etdiyi ən böyük səhv bütün sual növlərinə eyni cür yanaşma tərzləri olmasıdır. Amma hər sual növünə fərqli yanaşmaq lazımdır. Bu barədə də çox danışmayım çünki linkini verəcəyim 45 video dərslikdən ibarət "UDEMY Reading Course" sizə hərşeyi başa salacaq. Bu videolara baxa-baxa yavaş yavaş başlayın yenə Cambride 5-dən ilk Reading testini etməyə. Bəlkə də hazırda bu postu görən IELTS "insturctor" və ya müəllim ya da her neyse işte onlar deyəcəklər ki birdən birə Cambridge Readinginə başlamaq ağılsızlıqdı amma qorxmayın başlayın, böyük ehtimal ilk nəticəniz 10-15 və ya 20 aralığında birşeylər olacaq amma qətiyyən ruhdan düşməyən eyni tempdə davam etsəz zamanla mütləq artacaq. Tək o dediyim video kursdakı deyilənlərlə kifayətlənməyin Youtube-da yenə yetərincə videolar var necə artırmaq olar barədə onları da izləyin və ən əsası Simon var mənə görə dünyanın ən güclü və həqiqətən də "instructor" deyə biləcəyimiz IELTS dehası, onun blogunu izləyin blog 2011-dən var və hazırda çox qarışıqıdır amma mən sizlə elə bir link paylaşmışam ki orda siz onun bütün blog postlarını ardıcılıqqla görəcəksiniz, istəsəniz pdf kimi yükləyə də bilərsiz. Reading nəticənizi artırmaq üçün test işləməkdən əlavə edəcəyiniz şey isə elmi məqalələr və xəbərlər oxumaqdır. The New York Times, BBC və digər bu kimi xəbər portallarındakı gündəlik sizi maraqlandıran xəbər və məqalələri oxuyun bacardığınız qədər çoxlu. Bu sizə mətnlə işləmə qabilliyətinizi və skiming and scaning bacarıqlarınızı artırmaqda köməklik edəcək.

Writing: Gəldik mənə və bir çox tələbəyə görə ən çətin və sizi qorxuya sala biləcək bir section-a. Çətin gəlməyinin birinci səbəbi Azərbaycan təhsil sistemidir, bizə məktəbdə o qədər teması "yay tətilinizi necə keçirdiniz"-dən o tərfə keçməyən inşa yazdırıblar ki yaradıcılıq, fikir yürütmə, essay planı qurma qabiliyyətimiz "yayda kəndə nənəmgilə getdim və orda at mindim"-dən o tərəfə keçmir. Amma bu section-da da yardımınza Simon və Liz çatacaq. Hər ikisinin ayrı ayrılıqda həm Task 1 həm də Task 2-nin fərqli sual növləri üçün vaxtı idarə etmə, plan qurma, mürəkəb cümlə qurma temalı həm pullu həm pulsuz video dərslikləri var, pullu olanların linkini paylaşmışam mən, pulsuz olanları özünüz Youtube və ya öz bloglarından taparsız. Hər bir sual növünün öz videosuna baxdıqdan sonra o sual növünə uyğun bir sual tapın (həm Cambridge kitablarında var suallar həm də Writing Task questions yazsaz Google-a yetərincə sual çıxacaq burda Cambridge kitabından hazırlaşmağınız şərt deyil) və yavaş yavaş videoda izah edilən şəkildə essaylər yazmağa başlayın. Yenə bayaq Readingdə dediyim kimi Simonun blogunu izləyin ilk başdan Writing üçün olan link də var pdf faylda. Tələbələrin bəlkə də ən böyük problemi mövzu üzrə fikir qıtlığı yaşamasıdır, Simon-un "Ideas for IELTS topics" deyə bir kitabı var bu kitabda IELTS Writing Task 2-də qarşınıza çıxa biləcək demək olar bütün mövzular barədə fikirlər var onları mütləq öyrənin paylamışam kitabın linkini. Eyni zamanda Simon-un band 9-luq həm task 1 həm də task 2 nümunələri var pdf kitab şəklində onların da linkini paylaşmışam mütləq oxuyun o nüumunələri və essayləriniz o nüumnələrə uyğun yazmağa çalışın. Bundan əlavə "Write Right" kitabı da var bu da yaxşı kitabdır gündəlik çox vaxt ayıra bilsəz buna da baxın. Sizə həm band 5, həm band 6 həm də band 7+ essay nümunələri verir və examiner şərh edir nələrə görə bu essay az bal alıb digəri çox. Bu kitabı da paylaşmışam.

Speaking: Ümumiyyətlə tək ingilis yox hər bil dildə danışıq qısa zamanda artırıla biləcək birşey deyil müəyyən zaman lazımdı amma deyəcəklərimi etsəz qısa zamanda sırf IELTS üçün yaxşı nəticə göstərə bilərsiz. İlk öncə 42 video və 50 kiçik həcmli pdf kitabından ibarət "UDEMY Speaking Course"a baxın burda sizə section barədə ümumi məlumat veriləcək, nələri etsəz daha çox bal ala bilərsiz, tez tez işlədə biləcəyiniz sinonimlər hansılar ki onları desəz balınız daha çox olar, müxtəlif mövzular üzrə balınızı artıracaq sözlər və s. var. Bunları etməyinə edin amma bu sizə passiv kömək edəcək aktiv şəkildə Speaking practise etmək üçün adından da göründüyü kimi danışmaq lazımdır. Kiminlə və nə haqqda danışmaq ? Yenə Simon-un Speaking üçün bir pdf kitabını paylaşmışam hər 3 part üçün nüumnə suallar və band 9-luq cavablar var, sırf o cavablrı əzbərləyin demirəm onlara yaxın və özünüzə uyğunlaşdırmaq şərtiylə hər suala cavab hazırlayın və özünüzə bir speaking partner tapın (partner tapa biləcəyiniz saytları da paylaşmışam ən sonda) və hər gün öz aranızda bir saat müəyyən edin və əvvəlcədən bir neçə mövzular seçin ki sabah danışanda bu mövzular haqqda danışacıq və sabaha hazırlıq görüb sample cavablar hazırlayın o suallara danışanda çalışın səsli və ya görüntülü danışın amma hazırladığınız cavablara baxmadan cavab verin yəni əzbərləməyin dərk edin əgər bu sual imtahanda düşsə nələr deyəcəyinizi. Əgər kimləsə danışmağa kompleksiniz varsa bütün bu dediklərimi güzgünün qabağında səsli şəkildə edin. Mən speakingdən 7.5 almışam çünki həm hazırlıq dövründə həm hazırlıqdan əvvəlki dövrlərdə xarici tələbələrlə ünsiyyətim çox olub, hazırda avqust ayının sonuna qədər boşam 100 % söz verməyim amma bacardığım qədər və istəyən olsa qrupdan 1-2 nəfərə speaking partner ola bilərəm gündəlik examiner rolunu oynamaq üçün heç bir təmənnasız və ödənişsiz.

Bu qədər, uzun bir yazı oldu amma çalışdığım qədər detallı və aydın şəkildə izah etməyə çalışdım hərşeyi ümid edirəm kimlərəsə faydam toxunar bu postla. Başda qeyd etdiyim kimi özünüzə inanın, iradəli olun, yolun yarısında ruhdan düşüb pes etmədən davam edin inanın ki sonda çəkdiyiniz əziyyətin bəhrəsini görəcəksiniz. Kənardan deyilənlərə də çox qulaq asmayın özünüzə bir yol seçin və o yolda öz doğrularınızla irəliləyin. İmtahana girməzdən əvvəl də unutmayın ki digər imtahanlar kimi IELTS imtahanından da yaxşı nəticə göstərmək bir çox şeyin başlanğıcı olduğu kimi, pis nəticə göstərmək də heçnəyin sonu deyil. Uğur olsun hamınıza bu və digər imtahanlarda, eləcə də həyat yolunuzda. İstər burda ölkəmizdə istərsə də ölkədən kənarda "Çörək dalıyca gedib əliboş qayıtmamağı" arzu edirəm bütün qrup üzvlərinə. Diqqətinizə və vaxtınızı ayrıb bu uzun postu oxuduğunuza görə təşəkkür edirəm hamınıza.

Sonda onu deyim ki, bu postla bağlı və ya hazırlıq dönəmində kimə nə qaranlıq məqam qalsa istər commentə, istər facebook profilimə, istərsə də e-mail (shamilabbasoff@gmail.com) adresimə yaza bilər, bacardığım qədər cavablamağa çalışacam bütün sualları.

Lazımı vəsaitləri yükləmək üçün linkləri bu linkdəki pdf faylından əldə edə bilərsiz (yenilənmiş link və pdf fayldır): https://goo.gl/pFqHsV
(Bundan əvvəlki pdf faylda Cambridge'in ilk 9 kitabının yüklənməsi zamanı problem yaşanırdı Mediafire linklərində, onları dəyişib Google Drive linkləri ilə əvəz etdim yeni versiyada)
Pdf fayldakı Cambridge 1-13 kitablarının yükləmə linklərinə Google blok qoyub, yeni linklər aşağıdakılardır:
Cambridge 1-12: https://drive.google.com/drive/folders/0B0CNHndJhRwmUmc4Y190TEZBMjg

Cambridge 13: https://vk.com/doc23961268_471905819?hash=208b923a5b8929efb0&dl=be18389a1d77cf1d7d

Bu arada əgər yükləmə zamanı problem yaşayırsanızsa deməli siz Iphone istifadəçisiniz, yəni oliqarx həyat tərzi keçirirsiniz, siz gedin pul verin kitabları satışdan alın nəyinizə lazımdı pdf-lə falan uğraşıyorsunuz Zarafat bir yana, linki yerləşdirdiyimdən bəri cəmi 4-5 nəfər problem yaşayıb hamısı da Iphone istifadəçisi, səbəbini bilmirəm niyə çünki benim hiç Iphone'um olmadı ki bu cür problem yaşayanda da səbəbini araşdırıb tapım Ümumən onu deyim ki bu vəsaitləri telefonla yükləməyə çalışmayın, istər Iphone istərsə də digər markalı telefon sahibləri fərqi yoxdu, telefonla bu vəsaitləri yükləyib hazırlaşmaq çox çətin hətta imkansız və yorucu olar, həm telefonunuza həm də özünüzə yazık etmiş olursunuz. Bütün vəsaitləri kompyuterinizə yükləyin və rahat şəkildə ordan hazırlaşın, kompyuterlə yükləmə zamanı linklərdə heç bir problem yaşamayacağınızdan əmin ola bilərsiniz. Yox əgər kompyuterim yoxdur deyirsinizsə, o zaman 1-2 həftəlik vəsaitlərinizi çıxartdırın evdə hazır saxlayın və ordan hazırlaşın kitab almağa ehtiyac yoxdur məncə. Deyək ki siz qarşıdakı 2 həftə ərzində Cambridge 5 və 6 kitablarındakı Listening və Reading testlərini etməyi planlaşdırırsınız, telefonunuzda həmin testlərin hansı səhifələr aralığında olduğunu kənara bir yerə yazın və gedib o səhifələri çıxartdırın, Listeing zamanı auidi'lərə isə həm verdiyim linklərdən yüklədiyiniz mp3 faylardan, həm də Youtube'da işlədiyiniz testin nömrəsini yazıb taparaq qulaq asa bilərsiniz.

Müəllif: ©Shamil Abbasov
 
Last edited by a moderator:
Top