3ds Max nədir? Nə işə yarayır? Necə öyrənmək olar?

Təranə Xanım

New member
İstifadəçi
#1
Qısa məlumat:

3ds Max, dünyanın peşəkar 3d modelləmə, animasiya, vizualizasiya proqramlarından biridir. Dünyada ən çox istifadəçi sayı olan, ən çox Plugin və Script-lərin yazıldığı proqramdır. Əsasən Memarlıq Visualizasiyasında, Oyun industriyasında və ümumiyyətlə Hard-Surface modelləmədə əsas proqramdır.

Bu proqramın çox böyük potensiyalı var. Əgər kapitalizmin “maksimum gəlir gətirmə” prinsipi olmasaydı, Autodesk, 3ds Max-ı 1-nömrəli 3d proqramına (3d-nin hər sahəsində) çevirə bilərdi. Lakin Max-da o qədər yarımçıq ideyalar var ki, ta 90-cı illərdən indiyənə kimi təkminləşdirilməmiş o qədər alətlər var ki, yenilənməyə ciddi ehtiyyac !!

Bu paylaşmada mən, 3ds Max-da tam peşəkar və universal şəkildə (Yəni, Arxviz, prodakşen, reklam, kino və s. bütün sahələrə yarıyan) modelləməni öyrənmək üçün axarıb tapdığım ən yaxşı kursları sizə təqdim edirəm. Burada, rigging, animasiya, hissəciklər (particles), dinamika kimi mövzulara toxunulmayıb. İrad və təkliflərivizə görə dəyişiklik edə bilərik.
----------------------------------------
1) PROQRAM İNTERFEYSİ:

✔Видео-энциклопедия 3d Max – Bu kursa tam bir video-ensiklopediyadır !!. Yəni adam götürüb bütöv Manual – ı video dərslik kimi çəkib və bunun pulsuz versiyasını mən tapa bilmədim və ödəniş edib (Təxmini 115 – 120 azn-dir) aldım və peşman deyiləm !.. Bakının bütün 3ds Max öyrədən Academy-lərindən 100 dəfə faydalıdır !!..
http://www.3dmax-dvd.ru/

✔Маров М.Н. - Энциклопедия 3ds Max 6 – Buda rus dilində yazılmış ən geniş miqyaslı Manual-dır və köhnə olsada hələ aktualdır !!... İnetdən pulsuz yükləyə bilərsiz.
http://www.interface.ru/home.asp?artId=1436
----------------------------------------
2) SƏRT OBYEKT (HARD SURFACE) MODELLƏNMƏSİ:

✔Grant Warwick – Hard Surface Modeling – Bu müəllif, indiyənə kimi, sərt obyekt modelləməsini izah edən ən peşəkar kursların müəllifidir. Yəni hər hansısa qatar, avtomobil və s. qəliz mexaniki obyektlərin modelləmə kurslarına baxmaq lazım deyil, yetərki, H.S. – modelləmənin əsas qaydalarını biləsiz, bunları bilsəz istənilən çətinlikdə olan obyektləri asanlıqla modelləyə bilərik.

Grant Warwick – Hard Surface Modeling [RUS] (уроки 1-9) https://rutracker.org/forum/viewtopic.php?t=5404912

Grant Warwick Hard Surface Modeling Lessons 10-12(ENG) https://rutracker.org/forum/viewtopic.php?t=5454597
----------------------------------------
3) PERSONAJ (CHARACTER) MODELLƏNMƏSİ :

✔InfiniteSkills - Character Modeling in 3ds Max – Mənə görə bu kurs, 3ds Max daxilində ən yaxşı orqanik modelləmə kursudur. Burada biz, canlıların bədən səthinin (əzələ, piy, sümük çıxıntıları və s.) ən düzgün low-poly modelləməsini öyrənə bilərik. Təbii, bu işi ZBrush-la daha effektiv görmək olar, lakin burada söhbət 3ds Max-dan gedir.
https://rutracker.org/forum/viewtopic.php?t=4549109
----------------------------------------
4) BİTKİ (GROW) MODELLƏNMƏSİ:

Bu tip modellənməni əsasən 3ds Max-ın daxili alətləri ilə yox, SpeedTree, FrowFX – kimi peşəkar pluginlərdə görürlər. Lakin 3ds Max-ın öz standart alətləri ilə bitki modelləmək istəsəz, bu kurslara baxa bilərsiz:

✔3ds max Моделирование цветов
https://www.youtube.com/watch?v=WValjtmTy3o

✔Modeling a realistic plant with 3ds Max - Tip of the Week
https://www.youtube.com/watch?v=lHZOrgwKiiU
----------------------------------------
5) ƏTRAF MÜHİT (ENVIRONMENT) MODELLƏNMƏSİ:

✔CG Cookie - 3DS Max Training – Youtube kanalında ətraf mühit modellənməsi üçün bu videolara baxa bilərsiz:

Alien planet environment -- Part 1/2/3/4/5
Creating a Cave in 3ds Max Pt. 1/2/3/4/5/6
Modeling Procedural Rocks in 3ds Max
Natural environment introduction
Shading Procedural Rocks in 3ds Max Pt. 1/2/3/4/5
https://www.youtube.com/user/3dsmaxcookie/videos

✔Photo Bots – Youtube kanalında ətraf mühit modellənməsi üçün bu videolara baxa bilərsiz:

Making of Cave 3ds max tutorial
Making of Desert 3ds max tutorial part 1 / 2
Making of forest lake 3ds max tutorial - Environment modeling
Making of mountains 3ds max tutorial - Environment modeling
https://www.youtube.com/user/PhotoBots/playlists
----------------------------------------
6) MEBEL (FURNİTURE) MODELLƏNMƏSİ:

Bu gün 3d modelləmənin ən sürətli inkşaf edən sahələrindən biridə mebel modelləməsidir. Bu sahənin iki əvəzedilməz proqramları 3ds Max və Marvelous Designer – proqramlarıdır. Burada:

✔VisCorbel - Classic Furniture Vol 1- Ən yaxşı klassik mebel, ornament modelləmə kursudur.
https://rutracker.org/forum/viewtopic.php?t=4348781

✔Classic Furniture - Ornaments - Vol 2 – Buda 2-ci hissəsi:
https://rutracker.org/forum/viewtopic.php?t=4384900

✔artem gogolov – Yumuşaq mebel modellənməsini öyrənmək üçün rus dilində ən mükəməl youtube kanalı. Burada videolar sürətli rejimdədir, lakin çox gözəl anlamaq olur. Öyrənmək istəyən üçün elə bir maneyə deyil.
https://www.youtube.com/user/gogolovartem/videos
----------------------------------------
7) RETOPOLOGİYA.

Retopologiya, Zbrush, Mudbox – kimi 3d heykəltaraşlıq proqramlarında modellənən və milyonlarla poliqonu olan və bu poliqon sayına görə animasiya işinə yaramıyan modellərin az poliqonal sayı ilə yenidən modellənməsinə deyilir və modelləmədə çox vacib etaplardan biridir.
✔Retopology workflow in 3ds Max - the how and why
https://www.youtube.com/watch?v=hYPBpSjMB5s
----------------------------------------
8) DİNAMİKA

3ds Max-da modelləmə işində müəyyən qədər dinamika alətlərinidə bilmək tələb olunur. Əsasən, Cloth və MassFX:

✔Lynda - Creating Simulations in MassFX and 3ds Max
https://rutracker.org/forum/viewtopic.php?t=4418209

✔Turbo Training - 3ds Max Advanced Cloth Workshop – Cloth modifikatorunun ən yaxşı kursudur.
----------------------------------------
9) FAYDALI RESURSLAR:

✔Arrimus 3D – 3ds Max – da modelləməni öyrnəmək üçün ən faydalı kanaldır.
https://www.youtube.com/channel/UCSLLdTBwLMfTKWS56tOiQpw/videos?fbclid=IwAR3seLVgbN3CvJ2O7bN1Hs-xL4mVOtgLYyJ--Tj7eyIAHNoiBEVwx79qn9c


Müəllif: © Tahir Abdullayev
 
Top